26 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Rusiya ilə Azərbaycan arasında imzalan Bəyannamə həm də ölkəmizə xarici təhdidlərə qarşı tutarlı sipərdir

25 Fevral 2022

Ölkəmizin siyasi həyatının daha bir tarixi gününün şahidi olduq. Bu il fevralın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iki dost, qardaş ölkə, münasibətlərini ən yüksək səviyyədə həm də məhz ölkəmizin milli maraqlarının rəsmi olaraq qorunacağını özündə əks etdirən müttəfiqlik Bəyannaməsi imzaladı. Diplomatik münasibətlərimizin mövcud olduğu 30 il ərzində bu əlaqələri qoruyaraq onu ən yüksək müttəfiqlik səviyyəsinə aparan yol heç də rahat olmayıb. Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında dövlətimizin başçısı İlham Əliyev bu barədə deyib: “Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq”.
“TELEJURNAL”  AZƏRTAC-a bu fikirləri açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
O qeyd edib ki, 43 maddədən ibarət müttəfiqlik haqqında Bəyannamədə əsas məqsəd Rusiya və Azərbaycanın münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyət əsasında qurmasıdır. “Ölkələr aktual beynəlxalq problemlər üzrə eyni və yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Rusiya kimi nəhəng hərbi iqtisadi gücə malik olan bir qonşu dövlətlə bu səviyyədə müttəfiq olmaq perspektivdə də ölkəmizin təhlükəsizlik təminatıdır. Ən əsas məsələ isə odur ki iki qonşu ölkələr aradandakı bu münasibətlərdə ölkəmizin milli maraqlarının birmənalı qəbulu rəsmiləşdirilmiş olur. Bu əməkdaşlıq həm də ölkəmizə qarşı hər hansı bir xarici təhdidlərə tutarli bir sipərdir. Bu Bəyannamə ilə biz yaxın qonşumuz və dostumuz olan Rusiya ilə birgə bəyan edirik ki üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi siyasi əməkdaşlığı inkişaf etdirərək həm ölkələrimizin təhlükəsizliyini etibarlı qoruyacaq, həm də Rusiya-Azərbaycan birgə səyləri ilə Qarabağda sülhün, Xəzər regionunda və Avropa məkanında əməkdaşlığın bundan sonra da sanballı və həlledici töhfə verəcək əməkdaşlıqdır”, – deyə İ.Məmmədov qeyd edib.

Ötən il iyunun 15-də qardaş Türkiyə ilə müttəfiqlik haqqında sənədin imzalandığını, bunun tarixə Şuşa Bəyannnaməsi kimi düşdüyünü xatırladan deputat deyib: “İndi Moskva Bəyannaməsi kimi tarixə düşəcək Rusiya ilə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsi də ölkəmizin daha bir təhlükəsizlik zəmanətinin etibarlı tərəfidir. Bunu bizə deməyə əsas verən səbəblərdən biri də məhz 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın sərgilədiyi mövqedir. Rusiya bu haqq savaşında Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Baxmayaraq ki, KTMT üzvü olan Ermənistan bu təşkilatın müdaxiləsi üçün dəfələrlə müraciət etdi və təxribatlara əl atdı. Lakin Rusiyanın bu təxribatlara və müraciətlərə məhəl qoymaması, Zəfərimizdən sonra Ermənistanın təslimçilik aktının qəbul olunmasında və sonrakı proseslərdə fəaliyyəti məhz Moskva Bəyannaməsini imzalamaqla daha bir etibarlı tərəfdaşımızın Rusiya Federasiyası olmasını biz də rəsmi və hüquqi sənədlə bəyan etmiş olduq. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş, cəsarətli, uzaqgörən xarici siyasətinin məntiqi nəticəsidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…