19 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub

14 Aprel 2022

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib. Ötən müddət ərzində qüdrəti getdikcə artan Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da güclənib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki,

bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.
Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi dövründə xüsusilə artıb. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata əldə olunan diplomatik uğurlar ölkəmizin ATƏT, BMT, Avropa Şurası kimi təşkilatların tribunalarından öz sözünü daha qətiyyətlə deməsinə zəmin yaradıb. Bu gün Azərbaycanın dünyada öz sözü və yeri var.
“Prezident İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsindən 4 il ötür. Azərbaycan xalqı 2018-ci ilin aprelində Prezident İlham Əliyevə səs verərək xarici qrant, ianə hesabına fəaliyyət göstərən, xainlik və dağıdıcılıq məqsədi güdən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən qüvvələrə Azərbaycanın siyasi səhnəsində yeri olmadığını bir daha göstərmiş oldu.
Prezident İlham Əliyevin hakimiyyəti illəri tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Maliyyə imkanlarımız və strateji valyuta ehtiyatlarımız ciddi şəkildə çoxalıb. Azərbaycanın ixracatdakı payı, regionlarda ümumi məhsul buraxılışı, xarici ticarət dövriyyəsi əsaslı şəkildə inkişaf edib. Ölkədə minimum əməkhaqqı 12,9 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb. İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə qədər enib. Bu dövr ərzində pensiyalar 10 dəfədən çox, maaşlar isə 7 dəfə artıb. Ölkəmizdə davamlı inkişaf və siyasi sabitlik təmin edilib”, – deyə C.Məmmədov vurğulayıb.
Deputat bildirib ki, azad sahibkarlığa dəstəyi daima diqqət mərkəzində saxlayan dövlətimizin başçısının tapşırığı əsasında 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Başlıca olaraq qeyri-neft sektorunun inkişafına yönəlmiş bu kreditlər nəticəsində ölkəmizdə minlərlə yeni müəssisə yaradılıb.
Ötən müddət ərzində neft-qaz sektorundakı uğurlardan danışan C.Məmmədovun sözlərinə görə, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi ilə ölkəmizin gəlirləri daha da artıb. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması Azərbaycanı qaz ixracatçısına çevirib. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulub və 2018-ci ildə Türkiyədə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı baş tutub.
“Prezident İlham Əliyevin əsas hədəflərindən biri də daim milli maraqların qorunmasına, xalqın milli ideya ətrafında birləşməsinə, vətənpərvərlik ruhunun gənclər arasında daha da təbliğ edilməsinə yönəlib. Böyük Zəfərin başlanğıcı hesab olunan Aprel döyüşlərindəki qələbəmiz və 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyini, Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ordu quruculuğunun necə inkişaf etdiyini göstərir”, – deyə deputat qeyd edib.
2003-cü ildən Azərbaycanın enerji idxalçısından ixracatçısına çevrildiyini diqqətə çatdıran C.Məmmədov deyib ki, ölkəmizdə bu sahəyə geniş investisiyalar qoyulub, böyük infrastruktur layihələri reallaşdırılıb. Son illər ölkəmizdə alternativ enerji sahəsinin inkişaf etməsi və xarici investorların bu sahəyə cəlb olunması birbaşa dövlətimizin başçısının uğurlu siyasətinin nəticələridir.
Ötən müddət ərzində yol və nəqliyyat infrastrukturunun, su təchizatının inkişafı istiqamətində böyük işlərin görüldüyünü vurğulayan deputat deyib: “2018-ci ildən indiyədək 15 min kilometr yeni yol çəkilişi təmin edilib, yeni aeroportlar istifadəyə verilib. Əhalinin içməli su təchizatı ilə bağlı problemləri aradan qaldırılıb, içməli su ilə təminat artıb. Kənd təsərrüfatının inkişafı üçün bir neçə su anbarı tikilib və digər meliorasiya tədbirləri görülüb.
“Bütün bunlar onu söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyə Ceyhun Məmmədov qeyd edib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…