22 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Prezident İlham Əliyevin Gəncədə səsləndirdiyi hər bir fikrin arxasında Azərbaycanın güclü iradəsi, qətiyyətli mövqeyi dayanır

02 Fevral 2022

Bir neçə gün əvvəl Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə 18-ci dəfə Gəncə şəhərinə səfər etdi. Səfər zamanı dövlətimizin başçısı çox mühüm obyektlərin açılışını etdi və ya təməlqoyma mərasimlərində iştirak etdi. Prezident İlham Əliyevin Gəncədə AZƏRTAC-a verdiyi müsahibədə səsləndirdiyi hər bir fikrin arxasında Azərbaycanın qətiyyətli mövqeyi, güclü iradəsi və dəmir yumruğu dayanır. Dövlətimizin başçısının açıqlamalarında Azərbaycanın strategiyası, bölgədə və dünyada həyata keçirdiyi siyasət, sadiq qaldığı ideoloji təməllər özünü göstərir. Bütün bunlarla yanaşı, biz artıq pos-müharibə, sülh dövrünü yaşayırıq. Hazırda quruculuq işləri həyata keçiririk. Hətta bu işlər, sadəcə, ölkə deyil, bölgə və dünya səviyyəsindədir. Təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bölgədə yaşayan xalqların gələcəyinə hesablanmış böyük layihələr həyata keçiririk.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ifadə edib.
Deputat, həmçinin bildirib: “Biz hətta 32 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanı da bu layihələrdə nəzərə almışıq. Bütün bunlar sülhün bərqərar olması və bölgənin inkişafı ilə bağlıdır. Lakin elə bu fikrin ardınca digər əhəmiyyətli bir məqamı vurğulamaq yerinə düşərdi. Dövlətimizin başçısının da bildirdiyi kimi, bütün bunlar o demək deyil ki, biz bu işğalın səbəb olduğu məhrumiyyətləri unudacağıq. Biz “unutsaq, unudularıq” prinsipini heç bir zaman unutmamalıyıq. Ötən əsrdə məhz ermənilərin mənfur siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya olunan vətəndaşlarımızın düçar olduqları məhrumiyyətləri də unutmamalıyıq. Ötən əsrin sonlarında – 1990-cı illərdən etibarən həyata keçirilən 32 illik işğal siyasəti nəticəsində həm Azərbaycana, həm də bölgəyə böyük ziyan dəyib. Bu hadisələrin unudulması isə bölgənin yenidən təhdid altına düşməsi deməkdir. Bu günümüzə görə ölkəmizdə və bölgədə sülhün təminatçısı olan Prezident İlham Əliyevə borcluyuq. Nə qədər ki, Azərbaycanın xilaskar Prezidenti, qəhrəman Ordumuz, dövlətinə və ordusuna güvənən xalqımız var, biz hər zaman inamla irəliləyəcək və inkişaf edəcəyik. Azərbaycan bugünkündən bölgənin, dünyanın daha möhtəşəm şəkildə parlayan ulduzuna çevriləcəkdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…