376 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Prezident 2022-ci ili “Şuşa İli” elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı

07 Yanvar 2022

Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciəti zamanı 2022-ci ili “Şuşa İli” elan etməsi tariximizin, mədəniyyətimizin beşiyi sayılan Şuşanın milli kimliyinin, tarixi simasının qaytarılması, dünyada tanınması baxımından böyük əhəmiyyət kəsb edir. Cari ilin “Şuşa İli” elan olunması, eyni zamanda, Şuşanın Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpası, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Şəhərin 270 illik yubileyi münasibətilə keçiriləcək təbliğat işləri isə dünyaya səs salacaq və Şuşanın kimə məxsus olduğu bir daha beynəlxalq ictimaiyyətə çatdırılacaq.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib: “İllər əvvəl ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən qeyd edib: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun ifadəsi idi. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar” deyə Şuşanı əsla işğal altında qoymayacağını bəyan etmişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 28 ildən sonra işğaldan azad edildi. Xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan Şuşa şəhərinin işğaldan azad edildiyi günün – 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalandı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarını şərtləndirdi.
“Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus memarlığı ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir”, – deyə A.Məmmədov bildirib.

Deputat vurğulayıb ki, bu gün Şuşa Prezident İlham Əliyevin birbaşa nəzarəti altında gündən-günə dirçəlir, inkişaf edir, tarixi əzəmətini yenidən özünə qaytarır. Bütün bunlar isə onu göstərir ki, tezliklə mədəniyyət paytaxtımızda həyat yenidən qaynayacaq. Dövlətimizin başçısı 2022-ci ili “Şuşa İli” elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Prezident İlham Əliyev bununla bu qədim şəhərimizin dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan etdi. Dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişəcəyinin şahidi olacaq. Azərbaycan bu torpaqlara yenidən həyat qaytaracaq, dağıdılmış şəhərlərə ruh və can verəcək.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…