53 baxış
Bu yazını paylaşın
İqtisadi

Deputat: Nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycanın strateji və iqtisadi maraqlarına uyğundur

03 Dekabr 2021

Kommunikasiyaların paralel bərpası, eyni zamanda, nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycanın strateji və iqtisadi maraqlarına uyğundur.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan bölgənin nəqliyyat habına çevrilir. Xüsusən Zəngəzur dəhlizinin istifadəyə verilməsi və həmin dəhlizin “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinə inteqrasiyası Azərbaycan üçün beynəlxalq yükdaşımalar, həm də ölkəmizdə istehsal edilən məhsulların daha böyük bazarlara çıxarılması baxımından vacib hesab olunur. Praktiki olaraq, bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına və ölkəyə daxil olan valyutanın həcminin artmasına xüsusi töhfə verəcək.

“Son illər Azərbaycan nəqliyyat sektorunda infrastrukturun ciddi şəkildə təkmilləşməsinə nail ola bilib. Bu da təbii ki, beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya baxımından vacibdir. Həm “Şimal-Cənub”, həm “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən reallaşması ölkəmizin strateji əhəmiyyətini göstərən məqamlardan biridir. İşğaldan azad olunmuş ərazilərimizdə artıq yeni və müasir nəqliyyat infrastrukturu qurulur. Bu da ölkə iqtisadiyyatına və qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək. Azərbaycanda mövcud olan və istifadəyə veriləcək yeni nəqliyyat dəhlizləri qeyri-neft sektorunun inkişafına yeni imkanlar yaradacaq”, – deyə V.Bayramov diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…