25 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat MSK üzvlərinə diplomatik pasport verilməsini təklif edib

14 İyul 2023

Milli Məclisin deputatı Fazil Mustafa Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə diplomatik pasport verilməsini təklif edib.

Telejurnal-ın  məlumatına görə, deputat bildirib ki, həmin qurumun üzvlərinin heç birinin diplomatik pasportu yoxdur.

“Hansı ölkəyə seçkiləri müşahidə etmək üçün gedirsən, görürsən ki, MSK-nın üzvləri orada iştirak edir, hər ay səfərdədirlər. Ancaq onlara bu imtiyaz verilmir. Onsuz da bizdə deputat da daxil olmaqla, səlahiyyət müddəti başa çatandan sonra diplomatik pasport geri alınır. Lakin Türkiyə və başqa yerlərdə bu qalır. Bu məsələ üzərində düşünülməlidir. MSK ciddi səlahiyyətli bir qurumdur. MSK üzvlərinin səlahiyyətlərini müəyyən dərəcədə diplomatik pasportla təmin olunmasını gerçəkləşdimək lazımdır”, – deputat vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…