212 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Moskva Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir

24 Fevral 2022

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan mühüm danışıqlarla yanaşı, müttəfiqlik haqqında Moskva Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Şübhəsiz ki, yeni mərhələ hər iki dövlət üçün qarşılıqlı faydalıdır, milli maraqlara uyğun gəlir, iqtisadiyyatın gələcək inkişafına da təkan verəcək.
Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Belə ki, 30 ilə yaxın müddətdir ki, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi günü-gündən yüksəlir. Həmçinin ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən  bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra 2021-ci ilin iyun ayının 15-də qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, bu gün isə növbəti diplomatik qələbəmiz olan Azərbaycanın milli maraqlarına xidmət edən sənədin imzalanması Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsidir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb.
“Rusiya ilə imzalanan sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir. Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, bu ölkəyə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Ona görə bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Eyni zamanda, regionda gedən proseslər göstərir ki, Rusiyanın təsiri bu bəyannamə olmadan da artmaqdadır. Bu sənəd Rusiyadan çox Azərbaycana lazımdır, çünki ölkəmiz postsovet məkanında hökm sürən qeyri-müəyyənlik və təhdidlər fonunda öz təhlükəsizliyi və toxunulmazlığına dair daha bir rəsmi zəmanət alır. Beləliklə, Rusiyanın Azərbaycana təsir imkanları azalır, Azərbaycan isə əlavə təminatlar almaqla daha da güclənir”, – deyə A.Məmmədov bildirib.
Deputat qeyd edib ki, Moskva Bəyannaməsi yetərincə genişdir və onun 40-dan çox bəndi var. Bəyannamə iki ölkə arasında əlaqələrin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərin perspektivləri üçün çox böyük əhəmiyyət kəsb edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…