31 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Korrupsiyaya qarşı preventiv tədbirlər dövlət siyasətinin əsas istiqamətlərindəndir

05 Aprel 2022

Korrupsiyaya qarşı ardıcıl mübarizənin aparılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətini təşkil etdiyindən, korrupsiyaya qarşı preventiv tədbirlərin görülməsi, davamlı islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Milli Məclisin deputatı Əminə Ağazadə dövlətimizin başçısı tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq olunmasını şərh edərkən bildirib.
Deputat qeyd edib ki, son dövrlər dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər korrupsiyaya və rüşvətxorluğa qarşı fundamental mübarizəyə başlanılmasının, dövlətimizin başçısının qeyd edilən neqativ təzahürlərin tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir.
“Sevindirici haldır ki, gənc dövlət olmasına baxmayaraq, Azərbaycan Respublikası qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə sferasında beynəlxalq standartlar səviyyəsində çevik strategiya formalaşdırıb və onun səmərəli tətbiqinə nail olub.
Göründüyü kimi, Azərbaycan Respublikasında yürüdülən islahat konsepsiyaları həyatiliyi, uğurlu nəticələri və davamlılığı ilə xarakterizə olunmaqla hər bir dövrün spesifik tələbləri nəzərə alınaraq mərhələlərə bölünür, onun mümkün nəticələri öncədən görülür, ən əsası isə milli mənafeyə xidmət edəcək cəhətləri əvvəlcədən hesablanır”, – deyə Əminə Ağazadə bildirib.
O əlavə edib ki, bu baxımdan dövlət sektorunda idarəetmə mexanizmlərinin, ictimai iştirakçılığın təkmilləşdirilməsi, beynəlxalq antikorrupsiya standartlarının, mövcud qanunverici bazanın mütərəqqi təcrübə əsasında daha da yüksək səviyyəyə qaldırılması dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
“Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edəcək, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə, sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradacaq”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…