39 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir

30 Yanvar 2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur.
Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də bu ərazilərdə görülən işlərdən geniş söhbət açdı. Azərbaycan Prezidenti bildirdi ki, işğaldan azad olunmuş zonaların tezliklə yenidən qurularaq sakinlərin öz evlərinə qaytarılması prioritet vəzifə olaraq qalır. Bu məqsədlə həmin regionlarda irimiqyaslı işlər görülür. Yeni infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, dəmir yolu və şose yolları çəkilir. Şəhərlərarası yolların salınması geniş vüsət alıb. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, Kəlbəcərə Göygöl-Gəncə istiqamətindən getməyə və həm strateji, həm də vətəndaşların oraya qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll etməyə imkan verəcək. Həmçinin Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Yanvarın 24-dən etibarən Bakıdan və Füzulinin Əhmədbəyli kəndindən sərnişin avtobus reyslərinin təşkili bütün vətəndaşların ürəyincədir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.
Deputat ölkəmizin son 18 ildə bütün sahələrdə mühüm iqtisadi inkişafa nail olduğunu diqqətə çatdırıb. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması istiqamətində əldə edilib. Onun sözlərinə görə, ölkəmizin artan iqtisadi gücü 2020-ci ildə pandemiya ilə mübarizədə, Vətən müharibəsində həlledici rol oynadı.
Son illərdə ölkəmizin valyuta ehtiyatlarının 2,5 milyard dollar artdığını qeyd edən İ.Məmmədov Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də ölkəmizin digər yerlərində mühüm investisiya proqramlarının icra olunduğunu bildirib. Builki dövlət büdcəsinin xərclərinin təqribən 30 milyard manata çatacağını deyən deputat bunu, müharibədən təzə çıxmış ölkə üçün yüksək nailiyyət kimi dəyərləndirib.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naftalanın Talış və Suqovuşanla birləşdirilməsi həm strateji, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Zəfər yolu artıq hazırdır, ikinci magistral yol çəkilir. Bundan başqa, Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Horadiz–Ağbənd, Zəngilan–Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar çəkilir. Artıq Bərdə–Ağdam dəmir yolunun, həmçinin Horadiz–Ağbənd–Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanılıb”, – deyə İ.Məmmədov qeyd edib.
Deputat işğaldan azad edilmiş ərazilərdə infrastrukturla yanaşı, tarixi və mədəni abidələrin bərpasından və yenilərinin inşasından da danışıb: “Mədəniyyət paytaxtımız Şuşada indiyədək çox böyük işlər görülüb və bərpa işləri yüksək tempdə davam etdirilir. Qarabağımızda həyat 30 ilə yaxın müddətdən sonra yenidən öz axarına qovuşur. Hər yerdə tikinti işləri aparılır. Məktəblərin, xəstəxanaların təməli qoyulur. Ağdam, Füzuli şəhərlərinin baş planı artıq hazırdır və digər şəhərlərin baş planlarının hazırlanması üzərində iş gedir. Dövlətimizin başçısı vurğulayıb ki, uzun illər yurd həsrəti çəkən və çətin vəziyyətdə yaşayan insanlarımız üçün rahat şərait yaradılacaq: “Çünki 30 ilə qədər məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanlarımız öz yurdlarına ləyaqətli şəkildə qaytarılmalı və rahat yaşamalıdırlar. Prezident İlham Əliyev bərpa və quruculuq prosesində maksimum şəffaflığın təmin edilməsinin vacibliyini də vurğulayıb və bununla bağlı hər hansı bir xoşagəlməz halların olduğu təqdirdə verilən cəzanın çox sərt olacağını da bildirib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…