20 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: “Ermənistan İlham Əliyevin Laçında dediklərindən tam nəticə çıxartmalıdır”

03 İyun 2023

“Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Ermənistan isə Prezident İlham Əliyevin Laçında dedikləri məsələlərdən tam nəticə çıxartmalıdır”.

Telejurnal.az”  xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbəni daha da möhkəmləndirib: “Bu gün bütün görüşlərdə Azərbaycan öz mövqeyini daha da möhkəmləndirir və mən deyərdim ki, cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bir rəqabət mühiti yaradıb. Bu gün Amerika da, Avropa İttifaqı da, Rusiya da bu prosesə öz töhfəsini verməyə çalışır. Bu gün artıq Fransanın bu bölgəyə, ümumiyyətlə, prosesdə iştirakı tamamilə zəiflədilib. Əslində, Fransa Ermənistanla birgə çox çalışdı ki, Fransa, Avropa İttifaqının mülki missiyası bu proseslərə təsir göstərsin, Azərbaycanın mövqeyini zəiflətsin. Amma cənab Prezident buna imkan vermədi. Cənab Prezidentin siyasəti nəticəsində bu gün çox ardıcıl və məqsədyönlü, sistemli danışıqlar davam etdirilir”, – C.Məmmədov vurğulayıb.

Deputat deyib ki, bu gün artıq Amerikadan sonra Brüsseldə, Rusiyada və Moldovada görüşlərin keçirilməsi onu göstərir ki, Azərbaycan düzgün yoldadır: “Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Ermənistan cənab prezident İlham Əliyevin Laçında dedikləri məsələlərdən tam nəticə çıxartmalıdır. Təəssüf ki, bu günə kimi Ermənistan öz qoşunlarını çıxartmayıb. Bu, 10 noyabr razılaşmasının bir neçə bəndi icra olunmayıb. Eyni zamanda biz bu gün Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin hələ də Qarabağdan çıxarılmadığını görür. Qarabağdakı qondarma rejim bu təxribatlara son qoymalıdır. Parlament, ordu kimi qondarma strukturlarını ləğv etməlidir. Bütün bu məsələlərə son qoyulmalıdır. Əgər onlar bunu etməsələr, Azərbaycan bunu silah yolu ilə və güc yolu ilə həyata keçirəcək. Yəni Azərbaycanın qarşısını heç kim ala bilməz”.

C.Məmmədov söyləyib ki, Ermənistan bilməlidir ki, Fransanın da bu prosesdə iştirakına cəhd, Ermənistanın təxribatları, Ermənistanın bütün addımlarının qarşısı alındı: “Yəni Azərbaycan artıq qələbəsini tam möhkəmləndirib. Bu gün Azərbaycan Avropa ölkələri ilə əlaqələrini daha da gücləndirir, daha möhkəmlənir. Bu gün Azərbaycan bölgədə sülhün əmin-amanlığın, təhlükəsizliyin təminatçısına çevrilib. Bu gün Azərbaycan bütün bu uğurlara cənab Prezidentin beynəlxalq siyasəti yaxşı bilməsi və onun qətiyyətli, prinsipial siyasəti nəticəsində nail olubdur. Bütün bunlar Azərbaycanın uğurlarını daha da artırır, Azərbaycanın qarşısına qoyduğu bütün məqsədlərə nail olduğunu söyləməyə əsas verir və Azərbaycan mərhələli şəkildə bir bir bütün hədəflərinə çatacaq bütün hədəflərinə nail olacaq. Ermənistan bütün bunlardan çox ciddi nəticə çıxarmalıdır”, – deyə deputat əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…