158 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Bütün regionlarımız kimi Gəncə də Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf edir

01 Fevral 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində səfərdə olub və səfər çərçivəsində bir sıra obyektlərin açılışlarında iştirak edib.
Azərbaycan Prezidentinin Gəncə şəhərinə səfəri və səfər zamanı bir sıra sosial obyektlərin açılışlarında iştirak etməsi dövlətimizin başçısının ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlamasını, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsini bir daha aydın şəkildə göstərir.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.
O qeyd edib ki, 1990-cı illərdə AXC hakimiyyəti dövründə ölkənin hər yerində olduğu kimi, Gəncədə də vəziyyət çox gərgin idi. Şəhərdə xaos və özbaşınalıq hökm sürürdü. Siyasi və hərbi gərginlik ocağına çevrilən Gəncə işıq, qaz, içməli su, kanalizasiya və avtomobil yolları kimi problemlərlə üz-üzə qalmışdı. Hazırda isə bütün regionlarımız kimi Gəncə də Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasirləşərək inkişaf edir. Belə ki, şəhərdə elektrik enerjisi ilə təchizat və qazlaşdırma layihəsi öz həllini tam şəkildə tapıb. Eyni zamanda, 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir və bu layihə ilə Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.
“Bakı-Gəncə avtomobil yolu və Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi də başa çatıb, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb. Bundan əlavə, Bakı-Gəncə dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb. Gəncə Beynəlxalq Hava Limanı isə dövlət başçısının təşəbbüsü ilə əvvəlki illərdə yenidən qurulub. Əslində bu, Gəncənin nümunəsində bir strategiyadır. Prezident İlham Əliyev bütün çıxışlarında məlum fikri xüsusi vurğu ilə qeyd edib ki, Azərbaycanın hər bölgəsi, hər guşəsi bizim üçün əzizdir və ilbəil inkişaf edəcək. Deyilən fikirlərin nəticəsi, həqiqətən də, göz qabağındadır. Bu gün ölkəmizdə real inkişaf var”, – deyə deputat sonda vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…