23 baxış
Bu yazını paylaşın
İctimai

Deputat: Bəzi bölgələrdə qırmızı attestat alanlar buraxılış imtahanında 0-200 arası bal toplayıb

24 May 2023

“Təhsildə sürətli inkişaf illüziyasından çıxmalıyıq”.

 

Telejurnal xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

 

O bildirib ki, 25 il əvvəl təhsil naziri çalışmış şəxslər də deyirdilər ki, təkamül yolunu gedirik:

 

“Amma sıçrayışlı inkişaf yolunu keçmiş təhsil sisteminə malik ölkələr var. Həmin ölkələri nümunə götürməliyik”.

 

Millət vəkili qeyd edib ki, yenə də məktəblərdə şagirdlərin qiymətlərinin şişirdilməsi halları yüksəkdir.

 

“Qırmızı attestat alanların Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18 %, Qazaxda 12%, Salyanda 13%, Sumqayıtda isə 6,6%-i 0-200 bal toplayıb. Digər tərəfdən hələ də kurrikulum anlayışını təhsil ictimaiyyəti həzm edə bilmir. Deyirlər kurrikulumlar ləğv edilməlidir, dövrün tələblərinə cavab vermir. Bunun məğzi başa düşülmür, əksər müəllimlər belə bunu qəbul etmir”.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…