28 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: “Baş nazirin komandası dövlətə, bəlkə də, bizdən sədaqətlidir”

15 Mart 2022

“Sual edirəm ki, bizim hansımız bu millətə, dövlətə cənab Prezident qədər can yandırırıq? Təbii ki, heç birimiz”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

“Baş nazirin komandası da dövlətə, millətə, bəlkə, bizdən də sədaqətli bir komandadır. Ötən il azad edilmiş ərazilərimizdə aparılan işlərə də diqqət yetirməmək ədalətsizlik olar. Yaşayış məntəqələrinin su təminatı, Zəngilanda “ağıllı kənd” və digər layihələrin həyata keçirilməsi Prezidentin və dövlətin gücünü açıq şəkildə göstərir. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər hesabat ilində də davam etdirilib”, – deputat vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…