51 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

29 İyun 2022

Bakı, 29 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə edilib. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, parkları və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında bu təcrübə bir daha gündəmə gəldi. Azərbaycanın bərpa və yenidənqurmada, bölgələrin, şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaratdığı qeyd olunub.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

O bildirib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışı zamanı da qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

Ə.Əmiraslanov diqqətə çatdırıb ki, artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, yüzlərlə kəndlər salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

“Təbii ki, beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Dövlətimizin başçısı Ümumdünya Şəhər Forumunda işğaldan azad olunan üç rayonumuzda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı. Eyni zamanda, Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici donorların dəstəyinə açıqdır”, – deyə deputat qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…