19 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycanın haqlı mövqeyi postmüharibə dövründə də dəstəklənir

12 Fevral 2022

Bu gün Azərbaycan bölgənin yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş Azərbaycanın haqlı mövqelərinin postmüharibə dövründə də dəstəkləndiyinin göstəricisi idi.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
A.Məmmədov qeyd edib ki, bu görüş bütün mənalarda ölkəmiz üçün uğurlu oldu. Azərbaycan bir daha yeni reallıqlar fonunda öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini göstərdi. Emmanuel Makron bu görüşdə Fransanın Avropa İttifaqına sədrliyi qismində iştirak edirdi. Bu da bir daha təsdiq edirdi ki, 30 ilə yaxın bir dövrdə öz vəzifəsini yerinə yetirə bilməyən və ya yerinə yetirmək istəməyən Minsk qrupu artıq proseslərdən kənardadır. Bununla da bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxarıldığının şahidi olduq. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələrin keçirilməsi, bu xüsusda tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsinin aparılması, bütün proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etməsi ölkəmizin bütün vacib məqamlarla bağlı mövqelərinin ifadə edilməsinə nail olmasının bariz nümunəsi oldu.
“Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də prosesləri ardıcıllıqla, siyasi, tarixi, geosiyasi və təhlükəsizlik kontekstində aydın izah etdi. Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq toxundu. Prezident Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə, 3890 Azərbaycan vətəndaşının itkin düşməsi faktını, o cümlədən Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını diqqətə çatdırdı. Azərbaycan Lideri münaqişə bitdikdən sonra dəfələrlə açıq bəyan edib ki, Azərbaycan səhifəni çevirməyə hazırdır”, – deyə Anar Məmmədov qeyd edib.

Ölkəmizin regionda sülh, təhlükəsizlik və mehriban qonşuluğun tərəfdarı olduğunu vurğulayan deputat bildirib ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verilməsi, eyni zamanda, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün atılan addımlar Azərbaycanın davamlı sülhdə maraqlı olmasından xəbər verir.
Onun sözlərinə görə, videoformatda keçirilən görüş bütövlükdə Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoydu və Avropa İttifaqı tərəfindən dəstəkləndiyini göstərdi. Görüş vasitəsi ilə regionda təhlükəsizliyin və sülhün təmin olunması üçün birgə səylər göstərməyin vacibliyini bir daha diqqətə çatdıran ölkəmiz Ermənistana və onun Qərbdəki havadarlarına isə müsbət proseslərə mane ola bilməyəcəkləri mesajını verdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…