22 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycanın bölgənin gələcəyi ilə bağlı mövqeyi açıq və birmənalıdır

17 Yanvar 2022

“Qarabağ Ermənistandır və nöqtə” deyən, Azərbaycana qarşı yeni ərazi iddiası ilə çıxış edən Ermənistan İkinci Qarabağ müharibəsində susduruldu. Onlara döyüş meydanında elə bir dərs verildi ki, ermənilər bunu çətin unudarlar. Amma belə görünür, Ermənistan rəhbərliyi və cəmiyyəti bundan nəticə çıxarmayıb. Məğlubiyyətdən hələ də özünə gələ bilməyən ermənilər təxribatlar törətməkdə davam edirlər. Müharibənin başa çatmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində tərəddüd edir. Bu ölkənin nəyə və kimə arxalanması isə qaranlıqdır.
Ermənistanın hər hansı qeyri-adekvat addımına hazır olan Azərbaycan da hərbi quruculuq prosesini davam etdirməkdə israrlıdır. Ermənistan unutmamalıdır ki, sülh tərəfdarı olan Azərbaycan müharibəyə həmişə hazırdır.
“TELEJURNAL” xəbər verir ki  bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu diqqətə çatdıran deputat bildirib ki, Azərbaycan sülh gündəliyini Ermənistana təqdim edib, delimitasiya və demarkasiya ilə bağlı aydın təkliflər irəli sürüb. Ölkəmizin mövqeyi açıq və birmənalıdır. İndi mövqeyini bildirmək üçün növbə Ermənistanındır. Ermənistan hərdən bir söz deyir və belə yanaşma uzunmüddətli ola bilməz. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanın istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı, istərsə də gələcəklə bağlı mövqeyi tam aydındır.
Ş.Seyidzadə vurğulayıb ki, ilk növbədə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, eyni zamanda, kommunikasiyaların açılması prosesinə start verilməli, nəticədə isə sülh müqaviləsi imzalanmalıdır. Düzdür, sülh müqaviləsinin imzalanması Ermənistanın bir daha qeyri-adekvat mövqe nümayiş etdirməsinə 100 faiz zəmanət vermir. Lakin bu, müharibə riskini böyük dərəcədə azaldır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərti də aydındır – hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması. Ermənistan buna hazır olmalıdır.
Deputat deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz qat daha çox əsası var. Çünki dünya ictimaiyyəti yaxşı bilir ki, 1920-ci ilin noyabrında tarixi torpağımız Zəngəzur Ermənistana birləşdirilib, həmçinin Göyçə, İrəvan şəhəri 1918-ci ilin mayında Ermənistana verilib. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox əsaslarımız var. Lakin buna baxmayaraq, siyasətində hər zaman humanizmi əsas tutan Azərbaycan gələcək sülh, ölkələr arasındakı əlaqələrin qurulması naminə sülhə hazırdır. Ermənistan düzgün seçim etməlidir, əks halda, Vətən müharibəsində olduğu kimi, burnu yenə də ovulacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…