20 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: “Azərbaycandakı taksi şirkətlərinin hansısa xarici ölkələrdən maliyyələşməsini istəmirəm”

16 İyun 2023

“Azərbaycandakı taksi şirkətlərinin hansısa xarici ölkələrdən maliyyələşməsini və onların burada şirkət açmasını istəmirəm”.

TELEJURNAL  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, əvvəl sözügedən qanuna taksilərlə bağlı təklif edilən dəyişikliklərin əleyhinə səs verməyi düşündüyünü bildirib. Amma sonradan layihənin mütərəqqi olduğunu gördüyü üçün dəyişikliklərin lehinə səs verəcəyini söyləyib.

Deputat taksilərlə bağlı Azərbaycandakı iş adamlarına çağırış edib:

“İstəmirəm ki, Azərbaycandakı taksi şirkətləri hansısa xarici ölkələrdən maliyyələşsin və onlar burada şirkət açsın. İndi özümüzün iş adamlarına nə gəlib? Niyə pulu xarici şirkətlərə ödəməliyik? Yaxşı olardı ki, öz iş adamlarımız taksilərə yiyəlik etsinlər”.

“Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, əvvəl sözügedən qanuna taksilərlə bağlı təklif edilən dəyişikliklərin əleyhinə səs verməyi düşündüyünü bildirib. Amma sonradan layihənin mütərəqqi olduğunu gördüyü üçün dəyişikliklərin lehinə səs verəcəyini söyləyib.

Deputat taksilərlə bağlı Azərbaycandakı iş adamlarına çağırış edib:

“İstəmirəm ki, Azərbaycandakı taksi şirkətləri hansısa xarici ölkələrdən maliyyələşsin və onlar burada şirkət açsın. İndi özümüzün iş adamlarına nə gəlib? Niyə pulu xarici şirkətlərə ödəməliyik? Yaxşı olardı ki, öz iş adamlarımız taksilərə yiyəlik etsinlər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…