35 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycan ötən müddət ərzində kommunikasiyaların açılması məsələlərində maksimum konstruktivlik nümayiş etdirib

30 Noyabr 2021

Azərbaycan Ordusu ötən il Ermənistanın işğalçılığına son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyət aktı idi. Bu məğlubiyyətlə barışmayan Ermənistan üçtərəfli Bəyanatın bəzi şərtlərini yerinə yetirmək istəməsə də, buna məcburdur. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə bildirir ki, Ermənistan üçtərəfli Bəyanatın şərtlərini bütünlüklə yerinə yetirməsə, buna məcbur ediləcək. Azərbaycan müharibədən ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib.

‘TELEJURNAL’ xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat vurğulayıb ki, Azərbaycan dəfələrlə rəsmi şəkildə Ermənistanla sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan Prezidenti ölkəmizin qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Təəssüf ki, üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan işğaldan azad edilmiş ərazilərdə təxribatlar törədir. Noyabrın 16-da sərhəddə baş vermiş insident buna sübutdur. Ermənistan silahlı birləşmələrinin yaratdığı insidentlər zamanı həlak olanlar da, yaralananlar da Ermənistana qaytarılıb. Bu, Azərbaycanın humanist mövqeyini ortaya qoyur.

“Dünya ictimaiyyəti Soçidə keçirilən üçtərəfli görüşü 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın davamı kimi dəyərləndirdi. Soçi görüşündə başlıca müzakirə obyekti Azərbaycan–Ermənistan münasibətləri idi. Azərbaycan delimitasiya və demarkasiya məsələlərinin həllinin vacibliyini önə çəkərək sülh prosesinə başlamağa hazır olduğunu bildirdi. Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq və hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq açıq şəkildə təklif olundu. Dünya ictimaiyyəti bir daha Azərbaycanın sülhsevər, tolerant dövlət və ölkə olduğunu gördü.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi “Dağlıq Qarabağ yoxdur” fikri siyasi müstəvidə etiraf edilir. Üçtərəfli görüşdə sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, bu çağırış yaxın vaxtlarda gerçəkləşəcək. Soçidə keçirilən üçtərəfli görüşdə Ermənistanın həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Yəni Ermənistan daha absurd ittihamlarla vaxtı uzatmağın mümkünsüzlüyünü dərk etməkdədir. Soçi görüşündə avtomobil və dəmir yollarının açılmasını əhatə edən mühüm layihələrin yerinə yetirilməsinə başlanması ilə bağlı qərarlar qəbul olundu ki, bu da özlüyündə Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin həm də bəşəriliyə xidməti deməkdir”, – deyə S.Xasayeva bildirib.

Deputat qeyd edib ki, Soçidə keçirilən üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun adı çəkilmədi. Bu da onu göstərir ki, artıq Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur.

“Soçi görüşü Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımından böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində qəbul edilən Bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

https://azertag.az/xeber/Deputat_Azerbaycan_oten_muddet_erzinde_kommunikasiyalarin_achilmasi_meselelerinde_maksimum_konstruktivlik_numayis_etdirib-1938830

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…