45 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir

16 Yanvar 2022

Vətən müharibəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərləri erməni siyasətinin əsl simasını ifşa etdi. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.
Bu gün beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiklərini bildirən deputat vurğulayıb ki, rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl atıb. Müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsin.
“Vətən müharibəsi zamanı aparıcı ölkələrin mövqeyi də önəmli məsələlərdən idi. İkinci Qarabağ müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. ABŞ və Fransa isə Ermənistana rəğbətini gizlətmirdi. Artıq Fransa müharibənin nəticələrini qəbul edib və Prezident E.Makronun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keçirilib.

Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi barədə danışaraq qeyd etdi ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi, sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkiləcək. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. “Zəngəzur dəhlizi” termini artıq beynəlxalq leksikona da daxil edilib”, – deyə M.Məmmədov vurğulayıb.
Deputatın sözlərinə görə, hazırda Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları düzgün tərtib etməkdir. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Avropa da əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmiz Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından Avropanın ən yaxın tərəfdaşı və etibarlı təchizatçı olan Azərbaycanın qazına ehtiyac duyulur. Prezidentin də qeyd etdiyi kimi, energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə həm siyasi, həm də iqtisadi fayda əldə edilməsinə hədəflənib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…