44 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

01 İyun 2023

“Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Prezidentimiz cənab İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə gücləndirib”.

”Telejurnal.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dünyada, eləcə də yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Mayın 31-də Bakı Enerji Həftəsinin başlaması da bütün bunlara sübutdur. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı və bu tədbirlərdə çoxlu sayda ölkədən nüfuzlu şirkətlərin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, tədbirin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Dövlətimizin başçısı bu barədə də fikirlərini açıqladı. Azərbaycanın bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır.

Fatma Yıldırım qeyd edib ki, bu gün Avropa dövlətləri təbii qazla bağlı yeni imkanlar axtarışındadır. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır. Təsadüfi deyil ki, xarici qonaqlar Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan edib. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyətini qeyd edilib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə rolunun daha da artdığını bir daha təsdiqləyir. Digər tərəfdən isə, Azərbaycan alternativ enerji ixracatçısı qismində çıxış edir. Artıq bu istiqamətdə praktiki addımlar atılır. Ötən ildən etibarən bu istiqamətdə vacib işlər görülüb, bir sıra Avropa dövlətləri ilə müvafiq sazişlər imzalanıb. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından da səmərəli istifadə olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…