28 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Avropa İttifaqının bəyanatı Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən qətiyyətli siyasətinin nəticəsidir

07 Fevral 2022

Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdən Avropa İttifaqının yaydığı bəyanat bütün proseslərin ölkəmizin maraqlarına uyğun olmasından xəbər verir. Bu isə Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən qətiyyətli siyasəti nəticəsində mümkün olub.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
Deputatın sözlərinə görə, bəyanatda Minsk qrupuna heç bir istinadın olmaması Vətən müharibəsində qazandığımız parlaq Zəfərin yaratdığı yeni reallıqların təzahürüdür. Bu, eyni zamanda, Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinin əsas götürülməsindən irəli gəlir. Bundan əlavə, bəyanatda “Dağlıq Qarabağ” münaqişəsi, hətta “Qarabağ” ifadəsinin işlədilməməsi Azərbaycanın yaratdığı reallıqların qəbul edilməsinin bariz nümunəsidir. Buradan bir daha şahid oluruq ki, Qarabağ mövzusu tamamilə gündəlikdən çıxarılıb və Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bu reallığı qəbul edir. Bu görüşdə isə Fransa həmsədr deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi.
Üçtərəfli görüşün Brüsseldə təsbit edilmiş uğurlu sülh gündəliyinin davamı olduğunu qeyd edən C.Osmanov bildirib ki, bu gündəliyin əsasını iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər təşkil edir.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ən əsas məsələlərdən biridir. Təbii ki, münasibətlərin normallaşması digər məsələlərin də həllində mühüm rol oynayacaq. Azərbaycan 30 il işğaldan əziyyət çəkməsinə rəğmən, sülhdə maraqlıdır. İki ölkə arasında həllini gözləyən humanitar məsələlər də var ki, bunun üçün Ermənistan öz siyasətində ciddi dəyişikliklər etməli və etimad quruculuğu təşəbbüslərində maraqlı olmalıdır. Ölkəmiz Ermənistanın təcavüzkar siyasətindən həm 30 illik işğal dövründə, həm də münaqişə bitdikdən sonra əziyyət çəkməkdədir. Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olaraq bu gün Azərbaycan mina problemi ilə üz-üzə qalıb və bunun nəticəsində insanlar həyatlarını itirirlər” , – deyə C.Osmanov qeyd edib.

Vətən müharibəsindən sonra mina partlayışı nəticəsində Azərbaycanın 36 vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını diqqətə çatdıran deputat vurğulayıb ki, minaların təmizlənməsi üçün ölkəmizə yardım göstərilməli, Ermənistanın mina terrorunun qarşısı qısa zamanda alınmalıdır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması görüşdə Prezident İlham Əliyevin gündəmə gətirdiyi əsas məsələlərdən biridir. Ermənistan tərəfinin yerinə yetirməli bir çox öhdəliklər var ki, bunlardan biri də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsidir. Kütləvi məzarlıqlar və onların yerləri dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməlidir.
Onun sözlərinə görə, bu öhdəliklərin yerinə yetirilməsi etimad quruculuğuna gətirib çıxara bilər. Bütün bunlarla yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası da həyata keçirilməlidir. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə tam hazırdır. Məhz bundan sonra sülh sazişi üzrə danışıqlara başlamaq olar və ölkəmiz dəfələrlə bu təşəbbüslə çıxış edib.
Cavid Osmanov bildirib ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün sülh, eyni zamanda, kommunikasiyaların – dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması təşəbbüslərində maraqlı olmalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…