21 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Anlaşma Memorandumu Azərbaycanın regiondakı əhəmiyyətini dəfələrlə artıracaq bir sənəddir

14 Mart 2022

Azərbaycan Respublikası İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması regional strateji əhəmiyyət kəsb edir. Bu, çox böyük hadisədir. Çünki Anlaşma Memorandumu Azərbaycanı Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yollarının inşasını nəzərdə tutur. Eyni zamanda, bu layihə regionun yol-nəqliyyat infrastrukturunun strateji əhəmiyyətini artıracaq. Əlbəttə, Anlaşma Memorandumunun imzalanması Azərbaycanın regiondakı əhəmiyyətini dəfələrlə artıracaq bir sənəddir. Çünki bu layihə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçiriləcək.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
Deputat bildirib ki, dünyada artıq beynəlxalq hüququn, siyasətin işləmədiyinin şahidiyik. Çünki hazırda bütün ölkələr təhlükəli vəziyyətlə üz-üzədir. Əlbəttə, bütün sahələrdə inkişaf edən ölkələr bu gün olan və gələcəkdə baş verə biləcək iqtisadi, siyasi kataklizmlərdən yan keçir, ən pis halda onun təsirlərini azaltmağa nail olur. Azərbaycan da o ölkələrdəndir ki, dünyada baş verən mənfi proseslərdən kənarda durmağı bacarır. Bu, Prezident İlham Əliyevin atdığı müdrik, uzaqgörən addımlara bağlıdır.
“Qoşulmama Hərəkatının (QH) prinsiplərinə sadiq olan Azərbaycanın hər bir dövlətlə qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri var. Ölkəmizin yürütdüyü düşünülmüş siyasət sıx əməkdaşlıq rəmzinə, Azərbaycanın və Türkiyənin sülhpərvər siyasəti regionda, həmçinin dünyada nümunəyə çevrilib”, – deyə İlham Məmmədov qeyd edib.
Deputat bildirib ki, Azərbaycan istənilən ölkə ilə birgə reallaşdırdığı layihələrdə özünü etibarlı tərəfdaş kimi göstərib. Bu səbəbdən də Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu hər iki ölkə tərəfindən razılıqla qarşılanıb. Anlaşma Memorandumunun imzalanmasını zəruri edən digər səbəblərdən biri də Azərbaycanla İranı tarixi, milli, mədəni köklərin bağlamasıdır. Çox sevindirici haldır ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təchizatı xətlərinin yaradılmasına başlanılacaq. Eyni zamanda, bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə inşa olunacaq. Buna baxmayaraq, Ermənistan dövləti bu nəqliyyat bağlantılarından məhrum olmuş vəziyyətdədir. Ermənistanın Azərbaycanla sülh danışıqları prosesini müxtəlif bəhanələrlə yubatması və təxribatlara əl atması regionda onların ziyanına olan addımlardandır. Çünki onlar regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıblar.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…