279 baxış
Bu yazını paylaşın
Müsahibə

Depressiya qadınlarda daha çox müşahidə olunur – Ramida Oktayqızı

24 İyul 2023

Depressiya zamanı həyəcan, halsızlıq, gərəksizlik hissi, yuxunun pozulması, əhval-ruhiyyənin enməsini müşahidə edirik. Daha çox 25-30 yaşlarda başlasa da, istənilən yaşda rast gəlinir. Hər ruh düşkünlüyü depressiya deyil. Bunun üçün əlamətlərin hər gün və 2 həftədən çox davam etməsi vacibdir. Bu xəstəlik medikamentoz və psixoterapevtik müalicə tələb edir. Müalicə olunmazsa, depressiyalar günlər, aylar və hətta illərlə davam edə bilər.

Mövzu ilə bağlı olaraq  Telejurnal.az Ramida Oktayqızından açıqlama aldı.

Ramida xanım qeyd edir ki, depressiya nevropsixoloji problem olub, insan bədənində tənha qalmağa, hər şeydən küsməyə, dəyərləri itirməyə, təkliyə meyillənməyə, pessimist düşüncəyə sahib olma kimi xüsusiyyətlərə sahibdir.  Depressiya psixoloji haldır və bu zaman insanlarda özünü dərketmə, özünə güvənən kimi xüsusiyyətlər aşağı düşür.
Depressiya genetik bir problem deyil, hər hansı bir hadisənin başlanğıcından, ailə dəyərlərinin, münaqişələrinin pozulması nəticəsində olan haldır.

O, həmçinin qeyd edib ki, depressiya ilkin vəziyyətdə insanın əhval-ruhiyyəsinin tez-tez pozulması, bir haldan digər hala meyillənmə, öz güvənin aşağı düşməsi, “edə bilmərəm”, “bacara bilmərəm” kimi fikirlərin formalaşması və s. kimi problemləri özündə tapmaqdır.
Depressiv vəziyyət daha çox qadınlarda müşayiət olunur, çünki qadınlarınlar daha emosional olur. Qadınlarda depressiya zamanı öz güvənin aşağı düşməsi, iştah pozulması, yeməyə meyillilik, kökəlmə, yatmağa meyillənmə kimi hallar müşayiət olunur.


Depressiyanın diaqnozu psixiatr və psixoloq tərəfindən müəyyən anket, şifahi sorğular və müəyyən metodikalar vasitəsilə qoyulur. Müalicəsi psixiatr tərəfindən dəqiq diaqnoz qoyulduqdan sonra ehtiyac olarsa dərman, daha çox isə meditasyonlar və digər yollarla müalicə olunur.

Ramida Oktayqızı bildirib ki, depressiyanın 3 növü vardır:

1.aktiv

2.passiv

3.xroniki

Müddət baxımından isə uzun və qısamüddətli olur. Qısa müddətli depressiyanı özünəinamla müəyyən halda aradan qaldırmaq mümkün olursa,xroniki olan, uzunmüddətli depressiyaya insan özü qalib gələ bilmir, bu zaman bir psixoloq, psixoterapistlə işləmək əsas şərtdir.

Aysu Hüseyinova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…