350 baxış
Bu yazını paylaşın
İqtisadi

Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub

25 Yanvar 2022

Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan enerji üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Yasemin Orucun başçılıq etdiyi Dünya Bankı missiyasını qəbul edib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı keçirilib, layihəyə dair müzakirələr aparılıb. Xəzər dənizinin Azərbaycan akvatoriyasında böyük külək enerjisi potensialından istifadəyə dair müxtəlif ssenarilər nəzərdən keçirilib, pilot və kommersiya layihələrinin reallaşdırıla biləcəyi konkret zonalarda inşa edilə biləcək güclərə dair fikir mübadiləsi aparılıb. Hazırlanmaqda olan yol xəritəsinin sahəyə özəl investisiyaların cəlbinə və gələcəkdə enerji ixracının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Elektrik enerjisi sahəsində liberal enerji bazarı üzrə Yol Xəritəsinin də təqdimatının keçirildiyi iclasda bazarın yaradılması mərhələləri, hər bir mərhələdə atılmalı olan addımlar, bu sahədə dünya təcrübəsi, enerji bazarına və elektrik şəbəkəsinə bərpa olunan enerjinin inteqrasiyası məsələləri haqqında məlumat verilib. Hər iki mövzuda iştirakçıların sualları cavablandırılıb.

Nazirlik və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə edilib.

https://azertag.az/xeber/Denizde_kulek_enerjisinden_istifade_uzre_Yol_Xeritesinin_ilkin_layihesi_muzakire_olunub-1985177

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…