149 baxış
Bu yazını paylaşın
Maraqlı

Den Braun kimdir?- araşdırma

05 May 2023

Telejurnal.az Den Braun haqqında məqaləni təqdim edir.

Məşhur yazıçı Den Braun 22 iyun 1964-cü ildə anadan olub. Gizli təşkilatlara əsaslanan və mürəkkəb süjetləri olan yaxşı araşdırılmış romanlar yazan amerikalı yazıçıdır. O, daha çox “Da Vinçi Kodu” (2003) filminin daxil olduğu Robert Lenqdon seriyası ilə tanınırdı. O, Nyu-Hempşir ştatının Exeter şəhərində bir ailədə doğulan üç uşağın ən böyüyü idi. Braun təhsilini yüksək elit məktəb sayılan Phillips Exeter Akademiyasında alıb. Atası həmin məktəbdə riyaziyyat müəllimi, anası musiqi professoru idi.
Den Braun orta məktəb illərində musiqi ilə məşğul idi; çünki həyatda yeganə məqsədi ən çox satılan albomları olan uğurlu musiqiçi olmaq idi. Təhsilindən sonrakı ilk illərdə musiqi karyerası quran Den Braun ifa etdiyi mahnıların söz və musiqisini özü yazırdı.
Amherst Kollecini və Philips Exeter Akademiyasını bitirdikdən sonra bir müddət bu məktəblərdə ingilis dilindən dərs demişdir. Şifrənin açılmasına və gizli hökumət təşkilatlarına olan marağı 1996-cı ildə ilk romanı olan “Rəqəmsal Qalanın” yaranmasına səbəb oldu. Roman nəşr olunduqdan qısa müddət sonra Den Braunun elektron kitab cədvəllərində 1-ci yerə yüksəldi. ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) haqqında roman mülki əhalinin şəxsi həyatı ilə milli təhlükəsizlik arasındakı incə xətti araşdırdı.


Prezident mükafatına layiq görülmüş riyaziyyat professoru və ilahiyyatçı musiqiçi ananın oğlu olan Den Braun elm və din kimi paradoksal fəlsəfələrin hakim olduğu bir mühitdə böyüdü. Bu bir-birini tamamlayan baxışlardan ilhamlanaraq 2000-ci ildə məşhur “Mələklər və Cinlər” romanını yazdı. Bu əsər də İsveçrə fizika laboratoriyası ilə Vatikan arasında elm və din yönümlü trillerdir.
2001-ci ildə yazdığı texno-triller janrında ikinci romanı olan “Xəyanət Nöqtəsində”siyasətdə əxlaq, təhlükəsizlik və gizli texnologiya məsələlərinə də toxunub. Den Braun bir çox proqramda babasının da mason olduğunu açıqlayıb. Onların evində qəribə önlüklər və ağ əlcəklər tapdığını deyib. Onun “İtirilmiş simvol” romanını məhz buna görə yazdığı düşünülür. Kitabın mövzusu masonluqdur.
O, həmçinin 2003-cü ildə nəşr olunan və bütün dünyada satış rekordları qıran Da Vinçi Şifrəsinin müəllifidir. “Da Vinçinin şifrəsi”, “Mələklər və cinlər”, “Cəhənnəm” kitabları da çəkilib. Onun sənət tarixçisi və rəssamı olan həyat yoldaşı da onun tədqiqatlarına kömək edir və əsərlərini maliyyələşdirir.
Vəfa Ustayeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…