63 baxış
Bu yazını paylaşın
İqtisadi

Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları haqqında Azərbaycan dilində ilk kitab çap edilib

14 Yanvar 2022

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları” adlı kitab nəşr edilib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, komitənin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, kitab komitənin sifarişi ilə 2019-2020-ci illərdə institutda beton və dəmir-beton konstruksiyaların hesablama metodikasının təkmilləşdirilməsi və layihələndirmədə tətbiqinə dair təkliflərin işlənilməsi üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında ərsəyə gətirilib. Nəşr dəmir-beton nəzəriyyəsinin yeni əsaslarını şərh edən və dəmir-beton konstruksiyaların hesablanması metodlarının yaradılması yollarını əks etdirən Azərbaycan dilində ilk texniki ədəbiyyatdır.

Kitabın müəllifləri texnika elmləri doktoru, professor Xanlar Seyfullayev, texnika üzrə fəlsəfə doktoru Abdı Qarayev, elmi redaktoru isə texnika üzrə fəlsəfə doktoru Yamən Eminovdur.

İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan kitabda beton və armaturun möhkəmliyinin və deformasiya xarakteristikalarının dəmir-beton elementlərinin həddi-hallara görə hesablamalarına daxil edilmə metodikasının, həmçinin təklif olunmuş həddi-halların formalarının yeni baxışlarla izahı verilib. Eyni zamanda, dəmir-beton elementlərin təklif olunan yeni hesablama metodikasının layihələndirmədə tətbiqi üçün tövsiyələr işlənilib.

Qeyd olunub ki, mühəndis-konstruktorlar, layihəçilər, tələbələr və elmi işçilərin istifadəsi üçün nəzərdə tutulan kitabı əldə etmək üçün Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət edilə bilər. Kitabı əldə etmək üçün heç bir ödəniş tələb olunmur.

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan tədqiqat işlərinin nəticəsi olaraq digər elmi kitabların da nəşr edilməsi planlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…