67 baxış
Bu yazını paylaşın
İctimai

Daha 3 mülki şəxs yaralandı

01 Oktyabr 2020

Bu gün səhər saatlarından başlayaraq Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutur.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Azad Qaraqoyunlu kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyev İsmayıl Rüstəm oğlu yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.

Rayonun Dəmirçilər kəndində yaşayış evinin həyətinə düşən mərmi iki mülki sakinin yaralanmasına səbəb olub.

Onlar kənd sakinləri 1988-ci il təvəllüdlü İsmayılov Arzu Ramiz oğlu və 2000-ci il təvəllüdlü Alışanov Telman Nəriman oğludur. Qəlpə yaraları alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…