36 baxış
Bu yazını paylaşın
İctimai

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

01 Avqust 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən TELEJURNAL-a verilən məlumata görə, həmin standartlar işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Ümumilikdə son 3 ildə 1000-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.

Peşə və kvalifikasiya standartlarının hazırlanması prosesində işəgötürənlərlə, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri ilə fəal əməkdaşlıq edilir, onların təklifləri öyrənilir.

Təsdiq edilən standartlar nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…