58 baxış
Bu yazını paylaşın
Siyasi

Dağlıq “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdı”- Özbəkistanın səfiri

03 Oktyabr 2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu sözləri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib.

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun şəkildə həyata keçməlidir”.

Diplomat “Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mövqeyi nədir?” sualını cavablandırarkən belə söyləyib.

“Qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan münasibətlərindəki gərginliyin artması Özbəkistanda narahatlığa səbəb olub. Qarşıdurma zamanı hərbi gücün tətbiqi hər iki tərəfdə çoxsaylı itkilərə səbəb ola bilər”, deyə Bəhram Əşrəfxanov əlavə edib.

Səfirin sözlərinə görə, Özbəkistan tərəfi dostluq, mehriban qonşuluq və münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsini, MDB məkanındakı mübahisəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha vurğulamağı vacib bilir.

B. Əşrəfxanov Özbəkistanla Azərbaycan arasında beynəlxalq təşkilatlardakı sıx əməkdaşlığın az əhəmiyyət daşımadığına da toxunub.

“Biz müxtəlif məsələlərdə və problemlərdə bir-birimizin mövqelərini birmənalı və qətiyyətlə dəstəkləyirik”, – deyə diplomat fikrini tamamlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…