42 baxış
Bu yazını paylaşın
Siyasi

Dağıstanın rəhbəri Azərbaycan Prezidentini təbrik edib

12 May 2023

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Telejurnal xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.

Heydər Əlirza oğlu bütün həyatı boyu öz xalqına və Vətəninə sədaqətlə xidmət edib. Biz Azərbaycanın müasir tarixində onun xidmətlərinin silinməz izlərini görürük. Böyük siyasi xadimin ardıcıl fəaliyyəti sayəsində respublika çətin sınaqlardan uğurla çıxıb və bu gün tərəqqi yolu ilə inamla irəliləyir. Heydər Əliyevin xalqa müraciətində dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Belə də oldu. Siz, hörmətli İlham Heydər oğlu, atanızın, xalqın dahi oğlunun vəsiyyətlərinə sadiqsiniz. Əminəm ki, gələcəkdə də Sizi öz yolunuzda yalnız nailiyyətlər və qələbələr gözləyir.

Sizə səmimi-qəlbdən cansağlığı, rifah və ali dövləti vəzifənizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…