37 baxış
Bu yazını paylaşın
İctimai

Dağıstan Azərbaycana konyak ixrac etməyi planlaşdırır

03 Avqust 2023

Dağıstanda yerləşən konyak zavodları öz məhsullarının ixracını genişləndirməyi və Azərbaycana tədarükünə başlamağı planlaşdırır.

TELEJURNAL  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev deyib.

Onun sözlərinə görə, bu gün Dağıstan istehsalı olan şərablar Çin və Belarusa, konyaklar isə Qazaxıstana ixrac olunur: “Avropa İttifaqı ölkələrinə sanksiyalar tətbiq edilməmişdən qabaq konyak ixracı həyata keçirilirdi”.

“Dağıstan konyakının Azərbaycana ixracı perspektivli olacaq. Konyak zavodlarımız öz məhsullarını Azərbaycan bazarında tanıtmaq üçün fəal işləmək niyyətindədir”, – R.Abaskuliyev bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…