65 baxış
Bu yazını paylaşın
İctimai

“Dağıntılar altından bir uşaq əli ayağımdan tutdu, qızım idi”

05 Oktyabr 2020

Türkiyənin Anadolu Agentliyi (AA) Azərbaycanın cəbhə bölgəsindən daha bir reportaj hazırlayıb.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, agentlik Ermənistan ordusunun mülki vətəndaşlara hücum etdiyini, xeyli sayda yaralıların olduğunu qeyd edib. Bildirilib ki, Beyləqan şəhəri və ətraf kəndlər hədəf seçilib və raket atəşinə məruz qalıb.

Ötən gün hücum nəticəsində Beyləqan şəhər sakini Mayis Məmmədovun evi tamamilə uçub, xanımı, qızı və evində qonaq olan iki uşaq olmaqla ümumilikdə 5 nəfər dağıntılar altında qalıb.

AA müxbirinə danışan Məmmədov ailəsinin möcüzəvi şəkildə sağ qaldığını söyləyib. Qonşusu ilə birlikdə şiddətli partlayış səsi eşitdiklərini, tez evə qayıdaraq kədərli mənzərə ilə qarşılaşdıqlarını bildirib:

“Bir uşaq əli ayağımdan tutdu. Dağıntılar altında qalmışdı, tək əli görünürdü. Qızım olduğunu başa düşdüm. Həmin an əllərimlə qazmağa başladım. Sıra-sıra hamısını dağıntılar altından çıxardıq. Xanımımı, qızımı, 3 qonağı xilas etdik. Bizi bununla qorxutmayacaqlar. Vətən sağ olsun. Ermənistanın etdiyi namərdlikdir. Belə 100 ev şəhidimizə, əsgərimizə fəda olsun”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…