31 baxış
Bu yazını paylaşın
İdman

Cüdo üzrə Azərbaycan yığmalarının Avropa Kuboku üçün heyəti açıqlanıb

19 May 2023

Cüdo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kuboku üçün heyəti açıqlanıb.

Federasiyadan “Telejurnal” a verilən məlumata görə, ölkəni turnirdə 13 idmançı təmsil edəcək.

Rövşən Əliyev (60 kq), Tofiq Əliyev, Ruslan Paşayev, Kamran Süleymanov (hamısı 66 kq), İbrahim Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq), Kərim Allahverdiyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), İbrahim Ağakişiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Aslan Mirzəyev, Adil Kərimli və Ruslan Nəsirli (hamısı 100 kq) tatami üzərinə çıxacaq.

Gənclərdən ibarət azərbaycan yığması isə İspaniyanın Malaqa şəhərində təşkil olunacaq analoji yarışa 17 cüdoçu ilə yollanıb. Turnirdə Nizami İmranov, Nurlan Kərimli, Əli Hacıyev, Eltun İmranov, Murad Muradlı (hamısı 60 kq), Samir Piriyev, İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Süleyman Əliyev, Qadir Hüseynov, Vüsal Qələndərzadə (hamısı 73 kq), Ömər Rəcəbli, Xəyyam Əliyev (hər ikisi 81 kq), Əjdər Bağırov, İsmayıl Zamanov (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 20-21 mayda keçiriləcək yarışlarda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Akif Tahirov və Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaqlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…