27 baxış
Bu yazını paylaşın
İdman

Cüdo millimizə yeni böyük məşqçi təyin olundu

01 İyul 2023

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli yığma komandasına yeni böyük məşqçi təyin olunub

Azərbaycan Cüdo Federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. O, 1 avqust 2023-cü ildən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq.

Yeni böyük məşqçi Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada fəaliyyətini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq Federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb.

2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb.

Fəaliyyəti dövründə hazırladığı idmançılar beynəlxalq turnirlərdə dəfələrlə medallar qazanıb. Onların sırasında Dominik Resseli, Maşa və Seyja Balhauz bacılarını, David Tekiçi və digərlərini qeyd etmək olar.

Slavko Tekiç beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir.

Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…