25 baxış
Bu yazını paylaşın
Siyasi

Corc Dik: Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir

27 Yanvar 2022

Tarix boyu nifrət hissi faciələrə gətirib çıxarıb və ötən əsrdə bunu yəhudilər də yaşayıblar. Dünyada olan ölkələrin hər birinin öz faciəsi var. Holokostun beynəlxalq anım günündə bütün ölkələrin qurbanlarının xatirəsini ehtiramla anırıq. Biz burada, həmçinin faşist rejiminə qarşı mübarizə apararaq həlak olmuş 300 min azərbaycanlının da xatirəsini yad edirik.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Corc Dik Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” mövzusunda keçirilən tədbirdə deyib.
Səfir diqqətə çatdırıb ki, yəhudilər dininə, irqinə görə təqib olunublar. “Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımlar dünyada bu gün də baş verir və biz bunu görməzdən gələ bilmərik. İnanıram ki, biz gələcəkdə elə bir dünyada yaşayacağıq ki, bu cür hadisələr baş verməyəcək”.
Bu il Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini bildirən C.Dik bildirib: “Ötən il İsraildə Azərbaycan Ticarət Evi açıldı. Ümid edirəm ki, biz gələcəkdə səfirliyin açılmasını da qeyd edəcəyik. Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir. Bu, Azərbaycanın sahib olduğu və dəstəklədiyi dəyərlərin göstəricisidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…