60 baxış
Bu yazını paylaşın
İctimai

Coğrafiya İnstitutu: “Qış aylarında dağ çaylarının suyunu anbarlara yığmaq olar”

01 Oktyabr 2020

Azərbaycanda qış aylarında dağ çaylarının suyunu anbarlara yığmaq mümkündür.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı əsasında 10 çay üzərində su anbarının tikintisi nəzərdə tutulur. Bu sərəncama uyğun olaraq, yaxın dövrlərdə Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicəçay, Viləşçay, Zəyəmçay çayları üzərində su anbarları inşa ediləcək.

Həmin çayların Böyük və Kiçik Qafqazda yerləşdiyini nəzərə çatdıran M.Həsənov bildirib ki, hazırda həmin anbarların tikilməsi üçün düzgün relyefin müəyyən edilməsi istiqamətində iş aparılır.

M.Həsənov qeyd edib ki, dağ çaylarının suyundan istifadə etmək üçün qış aylarında onların qarşısına bənd çəkməklə suları anbarlara yığmaq və ya onların axması üçün kiçik kanallar yaratmaq olar:

“Suya ehtiyac olan dövrlərdə, yəni yay aylarında həmin sular Kür çayına axıdıla bilər. Və ya birbaşa kanallar vasitəsilə bu sulardan ərazilərin suvarılmasında istifadə etmək olar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…