64 baxış
Bu yazını paylaşın
Dünya

Co Bayden xalqa müraciət etdi: “Bölücü yox, birləşdirici prezident olacam”

08 Noyabr 2020
Co Bayden xalqa müraciət etdi: “Bölücü yox, birləşdirici prezident olacam”

Kamala Harris və Co Bayden

“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

Co Bayden bildirib ki, bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacaq.

Siyasi məsələlərdən danışan namizədin sözlərinə görə, respublikaçılar və demokratlar əməkdaşlıq etməlidirlər.

“Mən fəxr edirəm ki, demokratam, ancaq ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəm”, – Bayden deyib.

“Seçkidə mənə qələbəni seçicilər verdilər”, – deyə o qeyd edib. Bayden bildirib ki, ABŞ-ın əvvəlki rəhbərlərindən çox seçici səsi toplayıb. Birləşmiş Ştatların 74 milyon seçicisi ona səs verib.

Bayden söz verib ki, ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracaq. Demokrat namizəd prezident vəzifəsində amerikalıları birləşdirmək niyyətində olduğunu deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibət bəsləməməyə çağırıb.

“Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm. Biz Birləşmiş Ştatlara “mavilər” (demokratiklər-red) və ya “qırmızılar” (respublikaçılar-red) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq”, – Co Bayden xalqa müraciətində vurğulayıb.

Co Bayden

Co Bayden

“Donald Trampa səs verənlər, mən sizin bu axşamkı məyusluğunuzu anlayıram. Mən özüm bir neçə dəfə uduzdum. Amma gəlin indi bir-birimizə şans verək. Sərt ritorikanı təxirə salmaq, dərəcəni azaltmaq, bir-birimizi yenidən başa düşmək, dostun yenə dosta qulaq asmaq vaxtıdır”, – o çıxışında deyib.

Bundan başqa, Bayden ABŞ-da irqçiliyin məhv edilməsi üzərində işləməyə söz verib. O, qeyd edib ki, ölkənin yeni vitse prezidenti olacaq Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək.

Demokrat namizəd planetin iqliminə nəzarəti ələ alacağını da vəd verib.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə demokrat Co Baydenlə hazırkı prezident Donald Tramp dövlət başçısı postuna əsas iddialı olublar. ABŞ-ın bir sıra nüfuzlu mətbu orqanları seçkilərdə Co Baydenin qalib gəldiyini xəbər veriblər. Lakin seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…