103 baxış
Bu yazını paylaşın
Siyasi

CNEMA rəhbəri: “Fransa Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir”

01 Aprel 2022

“Fransa Azərbaycanın azad olunmuş ərazilərinə əhalinin qayıtmasını əngəlləyən minaların təmizlənməsi işlərini dəstəkləyir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA)  baş katibi İv Marek bildirib.

“İnsanların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmaları üçün şərait yaradılmalıdır. Fransa Azərbaycana və ANAMA-ya kömək edəcəyini qərarlaşdırıb və bu məqsədlə yarım milyon avro ayırıb. Fransada minatəmizləmə qrupunun bir nümayəndəsi kimi mən Azərbaycana yardım məsələsini proqrama salmaq və bunun üçün donor birliyi yaratmaq fikrindəyəm” – deyə o qeyd edib.

O, Azərbaycanın piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair Ottava konvensiyasını imzalayacağına ümid etdiyini də vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…