71 baxış
Bu yazını paylaşın
İdman

“ÇL-i qazanmaq tortun üzərindəki krem kimidir”

17 May 2023

“Mançester Siti”nin futbolçusu Kayl Uoker Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb. 

Telejurnal UEFA-nın saytına istinadən xəbər verir ki, o, komandasının finala qədər irəliləmək və çempion olmaq gücünə malik olduğunu deyib:

“Komandamız Çempionlar Liqasını qazanmaq üçün kifayət qədər güclüdür. Çətin vəziyyətlərdən çıxmışıq, pis və yaxşı anlar yaşamışıq. ÇL-i qazanmaq tortun üzərindəki krem kimidir. Çempion olsaq, adlarımızı klubun tarixinə yazacağıq.

Bu, komandamızdakı hər kəs üçün böyük matçdır. Klub üçün inanılmaz dərəcədə vacib bir həftədir. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik”.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş 1:1 hesab ilə başa çatıb. Cavab oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…