25 baxış
Bu yazını paylaşın
Dünya

Çinin “Ventien” modulu kosmik stansiyanın əsas korpusu ilə birləşib .

25 İyul 2022

Çinin kosmos proqramının vacib mərhələsi olan kosmos stansiyasının quraşdırılması üçün iyulun 24-də orbitə çıxardığı “Ventien” (“Səmanın qonaqları”) laboratoriya modulu artıq stansiyanın əsas korpusu olan “Tienhe” ilə birləşib.

TELEJURNAL. az AZƏRTAC-a istinadla xəbər verir ki, birləşmə Pekin vaxtı ilə iyulun 25-də 3:13-də (Bakı vaxtı ilə iyulun 24-də 23:13) baş tutub. Ümumiyyətlə, laboratoriya modulunu orbitə qaldıran raketdaşıyıcının buraxılışından modulun “Tienhe” ilə birləşməsinə təxminən 13 saat vaxt sərf olunub. Bu, Çinin 2 ədəd 20 tonluq kosmik aparatının ilk birləşməsi olmaqla yanaşı, kosmonavtların stansiyada olduğu vaxt həyata keçirilən ilk birləşmədir. Artıq stansiyanın “Tienhe” əsas modulunda olan 3 kosmonavt laboratoriya modulunu keçib. Kosmonavtların yaşaması və fəaliyyəti, habelə elmi eksperimentlər üçün lazımi avadanlığın olduğu laboratoriya “Tienhe” əsas moduluna həyati təminat verəcək və stansiyanın ehtiyat idarəolunması funksiyalarını yerinə yetirəcək. Kosmonavtların açıq kosmosa çıxması üçün modulda keçid də var.

Qeyd edək ki, çəkisi 20 ton, uzunluğu 17,9 metr olan laboratoriya modulunu orbitə aparan Çinin ən iri “Böyük yürüş-5B Y3” (Long March-5B Y3) raketdaşıyıcısının buraxılışı Haynan adasındakı Vençan kosmodromundan iyulun 24-də 14:22-də baş tutub. Bu, Çinin quraşdırılması davam edən “Tienqon” adlı kosmik stansiyasının 2 laboratoriya modulundan biridir. Növbəti modulun (“Mentien”) oktyabrda kosmosa çıxarılması nəzərdə tutulub.

Çinin kosmik stansiyası idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya modulundan ibarət olacaq. Quraşdırılması cari ilin sonunda başa çatacaq stansiyanın aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə 10-15 il fəaliyyət göstərməsi nəzərdə tutulub. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub. Stansiyanın 22,5 tonluq əsas modulu “Tienhe” (“Səma harmoniyası”) ötən ilin aprelində orbitə çıxarılıb. “Tienhe” kosmik stansiyanın idarəetmə mərkəzi və heyətin əsas yaşayış yeri kimi nəzərdə tutulub. “Tienhe”yə hər 2 tərəfdən laboratoriya modullarının əlavə edilməsi ilə stansiyanın ümumi çəkisi 70 tona çatacaq. Stansiya hazırda “Tienhe” əsas modulu, “Ventien” laboratoriya modulu, “Tiencou-4” yük gəmisi və kosmonavtların orbitə çıxdığı “Şencou-14” gəmisindən ibarətdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…