28 baxış
Bu yazını paylaşın
Dünya

Çindən rekord: Eyni raketlə 41 peyk

15 İyun 2023

Çin “Böyük yürüş-2D” (“Long March-2D”) daşıyıcı raketi ilə orbitə 41 peyk çıxarıb.

Telejurnal xəbər verir ki, daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyuan kosmodromunda yerli vaxtla saat 13:30-da baş tutub. Bu, Çinin eyni daşıyıcı raketlə orbitə ən çox peyk çıxarmasıdır. Bundan əvvəlki rekord iyunun 7-də “Licien-1” raketi ilə orbitə 26 peykin çıxarılması olub.

“Böyük yürüş-2D” raketinin orbitə çıxardığı peyklər torpaq ehtiyatlarının, mineral resursların və “ağıllı şəhər” layihələri üzrə məlumatların məsafədən zondlanması üçün istifadə olunacaq. Orbitə çıxarılmış obyektlərdən 36-sı “Cilin-1” seriyasındadır. Bununla orbitdəki “Cilin-1” peyklərinin sayı 108-ə yüksəlib.

Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 476-cı raket buraxılışı olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…