34 baxış
Bu yazını paylaşın
Dünya

Çində kimyəvi məhsullar zavodundakı partlayışda 6 nəfər itkin düşüb

17 İyun 2022

 

Pekin, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Çinin Qansu vilayətində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 6 nəfər itkin düşüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

vilayət hökumətinin məsələyə dair açıqlamasına istinadla xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Ləncou şəhərindəki pestisid şirkətinə məxsus zavodun çirkab suların təmizlənməsi sexində baş verib. Partlayışın 600 kvadratmetr sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə təqribən 300 yanğınsöndürən, 47 xüsusi texnika cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Hazırda itkin düşənlərin axtarışları davam edir.

Qeyd edək ki, son illər Çində insan tələfatı ilə nəticələnən bir neçə partlayış qeydə alınıb. Ötən il Şiyan şəhərindəki bazarda 25 nəfərin ölümü, 100-dən çox adamın xəsarət alması ilə nəticələnən qaz xəttinin partlayışı baş vermişdi. 2019-cu ildə isə Yançen şəhərində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 78 nəfər ölmüş, yüzlərlə adam yaralanmışdı. Təxminən 300 milyon ABŞ dolları maddi zərərə səbəb olan hadisədən sonra səlahiyyətli qurumlar zavodun fəaliyyətini dayandırmışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…