39 baxış
Bu yazını paylaşın
Siyasi

Çin və Gürcüstan strateji tərəfdaşlıq qurub

31 İyul 2023

Çin və Gürcüstan iki ölkə arasında strateji tərəfdaşlıq qurulduğunu elan ediblər.

TELEJURNAL  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq qərar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə davam edən səfəri zamanı qəbul edilib. Birgə bəyanata görə, Pekin və Tbilisi siyasi, iqtisadi, həm də mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

“Tərəflər beynəlxalq problemlərin həllində koordinasiyanı gücləndirəcək, ikitərəfli dövlətlərarası münasibətləri dərinləşdirməyə davam edəcək, regionda, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəklər”, – sənəddə vurğulanır.

Qeyd edək ki, İrakli Qaribaşvili Çenqdu şəhərində (Sıçuan əyalətinin cənub-qərbində) 31-ci Yay Universiadasının açılışında iştirak etmək üçün Çinə gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…