129 baxış
Bu yazını paylaşın
Dünya

Çin Tayvanla birləşmək üçün hərbi tədbirlər görəcəyini istisna etməyib

03 Avqust 2022

Çin Xalq Respublikası (ÇXR) Tayvanla sülh yolu ilə birləşmək üçün hər şeyi edəcək, lakin hərbi tədbirlərin tətbiqini istisna etmir.

“TELELJURNAL.AZ”  xəbər verir ki, bu barədə TASS-a Çin Xarici İşlər Nazirliyinin (XİN) Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun bildirib.

Fu Çun deyib ki, Çinin mövqeyi ölkənin ada ilə sülh yolu ilə birləşmək üçün əlindən gələni etməsindən ibarətdir.

“Lakin biz hərbi variantdan imtina etmirik”, – XİN-in Silahlara Nəzarət Departamentinin direktoru deyib.

O, hərbi ssenarinin mümkünlüyünü onunla izah edib ki, ÇXR “potensial separatçılara qarşı kifayət qədər çəkindirici qüvvəyə malik olmalıdır”.

Bundan əvvəl Çin hərbi komandanlığı şərq zonasında, Tayvan sahillərində qeyri-nüvə başlığına malik raketləri sınaqdan keçirdiyini açıqlayıb.

Avqustun 2-də Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gəlişinə görə Birləşmiş Ştatların Pekindəki səfirini çağırıb və ona etiraz edib. Çinin xarici işlər nazirinin müavini Se Fen bildirib ki, Pelosi “vahid Çin” prinsipini pozaraq, dünyaya meydan oxuyub və qəsdən təxribat törədib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…