62 baxış
Bu yazını paylaşın
Dünya

Çin öz nümayəndəsini Ciddəyə Ukrayna üzrə məsləhətləşmələrə göndərəcək

03 Avqust 2023

Çin hökuməti Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Huini Qərb və Kiyevin təşəbbüsü ilə Ciddədə baş tutacaq Ukrayna üzrə məsləhətləşmələrə göndərməyi planlaşdırır.

TELEJURNAL  xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Avropa və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin fikrincə, Pekin bu ilin iyununda Kopenhagendə keçirilmiş əvvəlki məsləhətləşmələrdə iştirakdan çəkindiyi üçün belə bir addımla mövqeyində əhəmiyyətli dəyişiklik etdiyini göstərmək istəyir.

İyulun 29-da WSJ mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı avqustun 5-6-da Ciddədə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır. Nəşrin məlumatına görə, Ciddədə 30 ölkədən yüksək rütbəli məmurlar toplaşacaq, lakin Rusiya bu siyahıda yoxdur. Tədbirdə iyunun 24-də Danimarka paytaxtında Ukrayna ilə bağlı ilk beynəlxalq toplantıda iştirak etmiş dövlətlərin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…