34 baxış
Bu yazını paylaşın
Dünya

Çin elektrik avtomobilləri üçün batareya istehsalında dünya lideridir.

25 İyul 2022

Çində elektrik enerjisi ilə çalışan avtomobillər (EV) üçün istehsal olunmuş akkumulyator batareyalarının ümumi gücü 531,9 giqavat/saata çatıb. Çin bu göstəriciyə görə dünya lideridir.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin hesabatında qeyd olunub. Çinin İbin şəhərində keçirilən EV batareyası konfransında açıqlanan hesabatda vurğulanır ki, akkumulyator batareyaları sənayesinin inkişafı və texnoloji tərəqqisi üzrə qlobal indeksin üç lideri Çin, Cənubi Koreya və Yaponiya şirkətləridir.

Son vaxtlar elektrik enerjisi ilə işləyən avtomobillərə marağın çoxalması bu tip avtomobillərin istehsalı ilə paralel akkumulyator batareyalarının istehsalının çoxalmasına müsbət təsir edib. Bu sahə üzrə dünyada mövcud standartların 40 faizi Çinə məxsusdur.

Qeyd edək ki, ötən il dünyada elektrik enerjisi ilə çalışan avtomobillər üçün istehsal olunmuş akkumulyator batareyalarının ümumi gücü 295,9 giqavat/saata çatıb. Onun 154,5 giqavat/saatı Çinin payına düşüb. Dünyada ən çox akkumulyator batareyaları istehsal edən 10 şirkətdən 6-sı Çindədir. Onlar bazarın 48 faizinə nəzarət edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…