250 baxış
Bu yazını paylaşın
İqtisadi

Çin-Avropa marşrutu üzrə nəqliyyat bağlantısı gücləndirilir

31 Yanvar 2022

2-ci Çin-Avropa marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə Bakı-Türkmənbaşı-Bakı istiqamətində 2022-ci ildən etibarən 2 gəmi fəaliyyət göstərəcək.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, MMC və “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC-nin birgə operatoru olduğu “Şair Sabir” və “Mahmud Rəhimov” gəmiləri Bakı-Türkmənbaşı-Bakı istiqamətində konteynerlərin daşınmasını həyata keçirəcək. Gəmilərin sayı ilə yanaşı həftəlik reyslərin də sayı hava şəraitindən asılı olaraq 2 dəfəyə çatdırılacaq. Qeyd olunan limanlar arasında ilk gəmi 2019-cu ilin aprel ayında fəaliyyətə başlayıb. Bu günədək marşrut üzrə hər iki istiqamətdə 20 futluq ifadədə 17 min 500 konteyner daşınıb.
Bakı Limanı və Türkmənbaşı Limanı arasında gəmi bağlantısının gücləndirilməsi üzrə layihənin həyata keçirilməsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının dəstəyi nəticəsində mümkün olub.
Bu addım “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu”nun inkişafına hesablanıb. Bu transkontinental multimodal dəmir yolu marşrutu 2019-cu ildə, “Azərbaycan Dəmir Yolları” QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb. 2021-ci ilin dekabr ayında marşruta Türkiyə də qoşulub. Hazırda marşrut üzrə konteyner yükləri Türkiyədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə, həmçinin Gürcüstanın Poti və Batumi limanlarından Özbəkistana, Türkmənistana, Qırğızıstana və əks istiqamətdə daşınır.
Marşrut üzrə yükdaşımaların həcmi ötən il 2020-ci ilə nisbətən 101 faiz artıb. Yükdaşımalar Türkiyənin “Pasifik Eurasia Logistics”, Gürcüstanın “GR Logistics and Terminals”, “ADY Konteyner”, “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi”, Özbəkistanın “Ozbektemıryolekspedıtsıya” və “Qırğızıstan Dəmir Yolları”nın operatorluğu ilə həyata keçirilir. Tərəflər marşrutun təkmilləşdirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirib. Marşrut üzrə ən yaxşı göstərici 2021-ci ilin mayında əldə edilib. Belə ki, Türkiyənin İzmir şəhərindən Qırğızıstanın Oş şəhərinə konteynerlər 18 günə çatdırılıb. Operatorların məqsədi bu istiqamət üzrə yükdaşıma müddətini 12 günədək azaltmaqdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…