72 baxış
Bu yazını paylaşın
Dünya

Çin 2030-a qədər Aya ayaq basa bilər

29 May 2023

Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.

 

“Telejurnal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiqiang mətbuat konfransı zamanı bildirib.

 

Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu qeyd edib.

 

Çin rəsmisi bildirib ki, proqram zamanı gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələr yerinə yetiriləcək.

“Bu missiya bəşəriyyətin Ay və Günəş sisteminin mənşəyi və təkamülü haqqında anlayışını dərinləşdirəcək və Çin Ay elminin inkişafına töhfə verəcək”, – deyə Lin vurğulayıb.

 

Qeyd edək ki, Çin daha əvvəl aprel ayında 2050-ci ilə qədər Ayda tam funksional tədqiqat bazası yaratmaq planını açıqlamışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…