23 baxış
Bu yazını paylaşın
İdman

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasında 2 medal qazanıb

09 May 2023

Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Dünya Seriyasının ilk mərhələsində 2 medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Telejurnala verilən məlumata görə, 27 ölkənin iştirak etdiyi yarışda Azərbaycan təmsilçiləri 1 gümüş və 1 bürünc medal əldə ediblər.

90 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov ardıcıl üç rəqibini məğlub edərək, finala yüksəlib. Lakin o, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) məğlub olaraq, ikinci yeri tutub.

70 kq-da Ramiz Həsənov yarımfinalda uduzsa da, üçüncü yer uğrunda dueldə rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək, bürünc medala yiyələnib.

Azərbaycanın digər güləşçisi Oyan Nəzəriani (+90 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Dünya Seriyasının II mərhələsi 10-11 iyun tarixlərində Sinqapurda keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…