34 baxış
Bu yazını paylaşın
Siyasi

CGSS-in icraçı direktoru: “Birbaşa reyslər Pakistan və Azərbaycana böyük üstünlüklər qazandıracaq”

17 Mart 2022

“Azərbaycan və Pakistan arasında aviareyslərin açılması bu ölkələrə turizm və digər sahələr üzrə əlaqələri möhkəmləndirmək üçün yaxşı imkan yaradıb”.

Bunu “TELEJURNAL” Report-a istinadən xəbər verir.

“Pakistan Beynəlxalq Aviaşirkətinin (PIA) birbaşa reyslərinin açılması insanlar arasında əlaqələrin genişləndirilməsi baxımından ikitərəfli münasibətlərə yeni təkan verəcək. Hesab edirəm ki, bu addımlar digər sahələrdə də inkişafın yaxşılaşdırılması baxımından həyati əhəmiyyət kəsb edir”, – o deyib.

CGSS rəhbəri əlavə edib ki, hökumətlər birgə müəssisələr üçün daha çox layihələr həyata keçirməyə çalışır.

Onun sözlərinə görə, regional inteqrasiya və iqtisadi əlaqələr beynəlxalq münasibətlərin inkişaf etməkdə olan tendensiyalarını və modellərini müəyyən edən əsas amillərdir: “Beləliklə, bu fəaliyyətə dəstək verilməsi hər iki ölkə üçün faydalıdır. Bundan əlavə, birbaşa reyslər Azərbaycan və Pakistana böyük üstünlüklər qazandıracağı gözlənilir”.

Teymur Əkrəm ölkələri qardaşlıq münasibətlərinin bağladığını, Azərbaycan və Pakistanın beynəlxalq arenalarda hər zaman bir-birini dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, “Pakistan İnternational Airlines” şirkəti bu həftədən etibarən Lahor və Kəraçidən Bakıya müntəzəm uçuşlara başlayır. “Azərbaycan Hava Yolları” (AZAL) da Bakıdan Lahora uçuşlar təşkil etməyi planlaşdırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…